QR CodeQR Code

Əl Nusra komandiri: Suriyadakı müharibə sona çatır

Islamtimes , 19 Dec 2013 23:13

İslamtimes - Əl Qaidə terror şəbəkəsinin Suriyadakı qolunun dəstə rəhbəri Cenevrə 2 sülh konfransını rədd etmiş və iddia edərək bildirmişdir ki, Suriyada üç ilə yaxın bir müddətdə mövcud olan münaqişə artıq başa çatmaq üzrədir.


Əl Nusra cəbhəsinin lideri Əbu Muhəmməd əl Colani özünü ilk televiziya çıxışı zamanı Cenvrədə Suriya hökuməti ilə sülh danışıqların olmayacağını bildirmiş və xəbərdarlıq edərək demişdir ki, Ərəb dövlətləri İran və ABŞ arasında inkişaf edən münasibətlərdən ehtiyatlı olsunlar.

O Suriyada yeri məlum olmayan ərazidən əl Cəzirə telekanalına verdiyi müsahibədə iddia edərək bildirib: “Müharibə demək olar ki, qurtarır, biz artıq 70% qalib gəlmişik və yerdə çox az bir iş qalıb.”

Əl Colaninin dediklərinin əksinə olaraq Suriya ordu qüvvələri oktyabr ayında əl Nusra cəbhəsinin terroristləri ilə döyüşərək onlarla terroristi qətlə yetirdikdən sonra üsyançıların əlində olan Taltifa bölgəsini ələ keçiriblər.

Suriya ordu qüvvələri həmin ay ərzində xaricdən dəstək alan üsyançıların ağır itgilər verməsinə səbəb olmuş və 40 kəndin nəzarətini əllərinə almış və strateji əhəmiyyətə malik olan Hama-Hələb yolunu açmışdılar.


Əl Culani əlavə edərək deyib ki, BMT, ABŞ və digər qərb dövlətləri tərəfindən terrorist qrup kimi tanınan əl Nusra cəbhəsi yanvar ayında keçirilməsi nəzərdə tutulan Cenevrə sülh konfransının nəticələrini tanımayacaq.

Əl Cəzirəyə müsahibə vermək üçün əl Culani təhlükəsizlik səbəbindən üzünün göstərilməməsini tələb edib. Əl Qaidənin bu lideri haqqında çox az məlumat mövcuddur, ancaq əldə olan məlumata əsasən o bir neçə il əvvəl İraqda döyüşmək üçün ekstremist qruplara qoşulub.

O deyib: “Əgər super güclərin marağında olan Əsəd rejimi hakimiyyətdə qalarsa bu zaman növbəti hədəf Səudiyyə Ərəbistanı kimi tanınan Ərəbistan Yarımadası olacaq.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

BMT-nin yaydığı məlumata əsasən Suriyada mövcud olan münaqişə nəticəsində 120 mindən çox insan qətlə yetirilmiş və miylonlarla insan isə evindən didərgin düşmüşdür.


Story Code: 332357

News Link :
https://www.islamtimes.org/az/news/332357/əl-nusra-komandiri-suriyadakı-müharibə-sona-çatır

Islam Times
  https://www.islamtimes.org