0
Friday 20 December 2013 - 13:16

Amnistiya təşkiatları üsyançıların qətliamlarını ifşa etdi

Story Code : 332450
Amnistiya təşkiatları üsyançıların qətliamlarını ifşa etdi
Amnistiya təşkiatları üsyançıların qətliamlarını ifşa etdi
Beynəlxalq Amnistiya Təşkilatı Yaxın Şərq və Şimali Afrika Direktoru Filip Lüter "qorxu hakimiyyəti" adında nəşr etdiyi hesabatda Suriya üzərinə etdikləri araşdırmalarda İraq-Şam İslam Devləti (İŞİD) adlı üsyançı qrupun ölkədə faciəvi qırğınlar etdiklərini dilə gətirdi.

Hesabatda qeyd etdirilir ki, üsyançılar işğal etdiyi bölgələrdə gizli həbsxanalar quraraq öz istədikləri kimi ağıla sığmaz və dəhşətli bir şəkildə vətəndaşları həbsdə işgəncə edirlər. Hesabatın davamında isə belə qeyd edilir:

Həbsxanalarda məhbus olan və işgəncə edilən vətəndaşların bəziləri siqaret çəkmək, bəziləri İŞİD-a dəstək verməmək və bəziləri isə İŞİD əleyhinə casusluk etmək "cinayətlərindən" həbsxanada məhbus kimi tutulurlar. Məhbus olan vətəndaşlar arasında 8 yaşında uşaqlar belə var.

Məhbuslar ağır işgəncələrə məruz qalırlar. Qaçırılan vətəndaşların bəziləri isə hər kəsin gözü önündə edam edilir.

Beynəlxalq Amnistiya Təşkilatı hesabatın sonunda beynəlxalq aləmə müraciət edərək Suriyadakı üsyançı qruplara silah göndərilməsinin bir an əvvəl dayandırılmasını və ölkədə üsyançıların işlədiyi bu qırğının önünə keçilməsini istədi.
Source : Islamtimes
Comment