0
Friday 20 December 2013 - 15:22

İraqda 36 Əhli-beyt (ə) zəvvarı terror aktında həyatını itirib

Story Code : 332522
İraqda 36 Əhli-beyt (ə) zəvvarı terror aktında həyatını itirib
On minlərlə Əhli- beyt (ə) və Əhli-sünnə ardıcılının öldürüldüyü 2006-2007-ci illərdən bu yana ölkə ən qanlı ilini yaşayır. Günün ilk qanlı hadisəsi bir yas çadırına təşkil edilən terror aktı olub. Bağdadın cənub məhəlləsi Durada yaşanan hadisədə Əhli-beyt (ə) ardıcılı 16 zəvvar şəhid olub, 31-i yaralanıb.
 
Reuters xəbər agentliyi ölənlər arasında bir yerli jurnalist və oğulunun da olduğunu bildirir.
 
Bir başqa terror aktı isə İraqın 40 km cənubundakı Lətifiyə şəhərində təşkil edilib. Kərküklü Əhli-beyt (ə) ardıcılı türkmənləri hədəf alan hücumda 9 nəfər şəhid edilib. Lətifiyədəki bir başqa terror aktında daha 11 türkmən həyatını ititib.
 
Əhli-beyt (ə) ardıcıllarına və dövlət binalarını hədəf alan hadisələri üzərinə götürən olmayıb.
  
Yaşanan başqa bir hadisədə isə silahlı təcavüzkarlar hökumətin dəstək verdiyi Sahva polis rəisinin evinə basqın edib. Hadisədə polis rəisi həyat yoldaşı və iki uşağıyla birlikdə öldürülüb. /Deyerler/
Comment