QR CodeQR Code

Obama nədən çəkinib, debatdan qaçır?

4 Aug 2010 17:31

IslamTimes – ABŞ prezidenti Barak Obama, İran prezidenti Mahmud Əhmədinejadla debatdan imtina edib


FaktXeber.com-un "AFP"-ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama, İran prezidenti Mahmud Əhmədinejadın debat təklifinə mənfi cavab verib. Bu barədə Ağ Ev admistrasiya məlumat yayıb. Qeyd edək ki, rəsmi Vaşinqton İran prezidentinin debat təklifini qəbul etməyərək, rəsmi Tehranı nüvə silahı istehsalını dayandırmağa çağırıb. Məlumat üçün bildirək ki, iki gün bundan öncə prezident Mahmud Əhmədinejad, Barak Obamanı televiziya ekranı önündə debata dəvət edərək, bütün məsələlərin müzakirə olunmasını təklif etmişdi. Görünür prezident Mahmud Əhmədinejadın debat təklifindən qorxan Obama, dünya mediası önündə pərt olmamaq üçün debat təklifindən imtina edib.


Story Code: 33263

News Link :
https://www.islamtimes.org/az/news/33263/obama-nədən-çəkinib-debatdan-qaçır

Islam Times
  https://www.islamtimes.org