0
Saturday 21 December 2013 - 00:11

Nəsrullah İsraili xəbərdar edib

Story Code : 332684
Nəsrallah İsraili xəbərdar edib
Nəsrallah İsraili xəbərdar edib
Livan müqavimət hərəkatı Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah Hizbullah komandiri Həsən Leqqisin qatillərini xəbərdar edərək tezliklə onların cinayətlərinə görə cavab verəcəklərini bildirib.

Nəsrullah Leqqisin Beyrutda anım mərasimi zamanı televiziya ilə çıxışı zamanı deyib: “Hacı Həsən Leqqisin qətli İsrail ilə bizim aramızda keçib gedən ötəri hadisələrdən biri deyil və heç kəs bu hadisəni belə fikirləşməsin.”

O əlavə edərək deyib: “İsrail fikirləşməsin ki, Hizbullah region və Livandakı vəziyyət səbəbindən çox məşğuldur və halhazırki zaman bizim xeyrimizə deyil.”

Hizbullah baş katibi deyib: “Bizim İsrail ilə qurtarmayan haqq hesabımız var və qatillər gec ya tez cəzalandırılacaqlar və şəhidlərin qanı heç vaxt hədər getməyəcək.”

Müqavimət hərəkatı xəbərdar edərək bildirib ki, İsrail qətlə görə tam məsuliyyət daşıyacaq.

Nəsrullah xəbərdar edərək deyib: “Cəza tez bir zamanda baş verəcək.”
Sonuncu dəfə Hizbullahın yüksək rütbəli komandiri 2008-ci ildə qətlə yetirilmişdir. O Hizbullah komandiri olan İmad Müğniyyə idi.

Müğniyyənin ölümündə Hizbullahın əsas düşməni olan İsrail günahlandırılırdı.
Source : Islamtimes
Comment