0
Saturday 21 December 2013 - 00:31

Səudiyyə Ərəbistanı hələ də suriyalı terroristlərə tam dəstək verir

Story Code : 332689
Səudiyyə Ərəbistanı hələ də suriyalı terroristlərə tam dəstək verir
Səudiyyə Ərəbistanı hələ də suriyalı terroristlərə tam dəstək verir
Miqdad deyib: “ Bu bütün suriyalıların razılaşmalı olduğu fundamental məsələlərdən biridir və digər məsələlər isə müzakirə yolu ilə həll edilə bilər.”

O əlavə edərək deyib ki, bizim üçün ən mühüm məsələ budur ki, Suriya dövlətinin mövcudluğunu qoruyub saxlayaq və hər hansı bir boşluğun yaranmasına imkan verməyək.

Xarici işlər nazirinin müavini deyib: “Suriya bütövlükdə konfransda iştirak etməyə tam hazırdır və tezliklə nümayəndə heyətinin adlarını açıqlayacaq.”

O vurğulayaraq bildirib ki, dialoqun sonunda onlar istəyirlər ki, sorğular ölkənin kimin idarə edəcəyini desin.

“Prezident Bəşər Əsəd Suriya xalqının əksəriyyətinin dəstəyinə sahibdir, ancaq bunun əksinə olaraq Fransa prezidenti Francios Hollande yalnız Fransa xalqının 15 faizinin dəstəyinə sahibdir.”

Miqdad deyib: “Heç kəs Bəşər Əsədi 2014-cü ildə yeni prezident seçkiləri üçün namizədliyini verməsinin qarşısını ala bilməz.”

O beynəlxalq ictimaiyyətə səslənərək Səudiyyə rejimini terrorizmi dəstəkləyən və terrorizmə sponsurluq edən ölkələr siyahısına salmağı tələb edib.

Miqdad deyib: “Mən fikirləşirəm ki, Suriyada terrorizmi dəstəkləyən dövlətlər indi böyük səhv etdiklərini başa düşürlər. Suriyada mövcud olan terrorist qruplara və əl Qaidə terror şəbəkəsinə halhazırda tam dəstək verən tək ölkə Səudiyyə Ərəbistanıdır.”

O qeyd edərək bildirib ki, əgər dünya növbəti 11 sentyabr hadisəsini yaşamaq istəmirsə bu zaman səudiyyə rejiminə dur deməli və onu terrorizmi dəstəkləyən dövlətlər siyahısına salsın.

Suriya haqqında beynəlxalq sülh konfransında İranın iştirak məsələsinə toxunan Miqdad deyib ki, çox təəssüfləndirici haldır ki, Suriyanı dağıdan Səudiyyə Ərəbistanın konfransda iştirakı nəzərdə tutulduğu halda ABŞ və Fransa İranın iştirakını qəbul edilməz hesab edirlər.
Source : Islamtimes
Comment