QR CodeQR Code

Putin: "İran prinsipial müttəfiqimizdir"

21 Dec 2013 18:51

IslamTimes - Rusiya prezidenti Vladimir Putin İranın onlar üçün qonşu və prioritet ölkə olduğunu və rəsmi Moskvanın İranla əməkdaşlığı inkişaf etdirməkdə qərarlı olduğunu bildirib.


Rusiya prezidenti daha sonra deyib: "İranla müxtəlif mövzularda əməkdaşlıq və əlaqələrimizi inkişaf etdirməkdə qərarlıyıq. Bu, bizim prinsipial seçimimizdir. İranın nüvə probleminin həllindəki irəliləyişin Rusiyanın mövqeyindən qaynaqlandığı kimi ABŞ-ın real yanaşmasının nəticəsində baş tutduğuna inanıram".
 
"İran nüvə məsələsinin siyasi və diplomatik həlli istiqamətindəki səyləri dəstəkləyirik, ancaq ABŞ-ın dəstəyi olmadan İranın nüvə məsələsində bir saziş imzalamaq qeyri-mümkündür".  /Deyerler/


Story Code: 332916

News Link :
https://www.islamtimes.org/az/news/332916/putin-iran-prinsipial-müttəfiqimizdir

Islam Times
  https://www.islamtimes.org