0
Sunday 22 December 2013 - 11:17

İsveçrədə helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

Story Code : 333061
İsveçrədə helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün günorta saatlarında Elm kommunasında baş verib. İlkin məlumata görə, helikopter eniş edən zaman, hələlik məlum olmayan səbəblərdən arxa hissəsi ilə yerə toxunub, nəticədə ekipaj idarəetməni itirib və helikopter böyrü üstə aşıb.
 
Helikopterin göyərtəsində 3 nəfər ekipaj üzvü və 3 nəfərdən ibarət (ər-arvad və 7 yaşlı uşaq) ailə olub. Hadisə nəticəsində uşaq istisna olmaqla 5 nəfər xəsarət alıb. Sərnişinlərdən biri daxil olmaqla iki nəfərin vəziyyəti ağırdır.   
Comment