QR CodeQR Code

Cənubi Sudanda neft buruqları ilə zəngin olan bölgə üsyançıların nəzarətinə keçib

22 Dec 2013 11:42

IslamTimes - Cənubi Sudanın keçmiş vitse-prezidenti Riyek Maçar neft buruqları ilə zəngin olan Yuniti ştatını ələ keçirdiyini bəyan edib.


APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, müstəqil mənbələr bu məlumatı təsdiqləməsə də, hərbi ekspertlər Maçarın tabeliyində olan hərbi qüvvələrin bir neçə neft yataqlarına nəzarəti ələ almaq iqtidarında olduğunu istisna etmirlər.

Qeyd edək ki,  Cənubi Sudanın büdcəsinin 95 faizini neft sənayesindən əldə olunan gəlirlər formalaşdırır. 


Story Code: 333065

News Link :
https://www.islamtimes.org/az/news/333065/cənubi-sudanda-neft-buruqları-ilə-zəngin-olan-bölgə-üsyançıların-nəzarətinə-keçib

Islam Times
  https://www.islamtimes.org