0
Saturday 21 December 2013 - 23:20

Lavrov: Artıq qərblilərin əksəriyyəti Suriyanı Əsədin idarə etməsini istəyirlər

Story Code : 333309
Lavrov: Artıq qərblilərin əksəriyyəti Suriyanı Əsədin idarə etməsini istəyirlər
Lavrov: Artıq qərblilərin əksəriyyəti Suriyanı Əsədin idarə etməsini istəyirlər
Cümə günü RİA Novosti xəbər agentliyinə müsahibə verən Rusiya xarici işlər naziri Serqey Lavrov deyib: “Təkcə şəxsi görüşlərdə yox, həmçinin ictimai görüşlərdə qərbli kolleqalarım dəfələrlə etiraf edərək bildiriblər ki, Əsədin hakimiyyətdə qalması Suriya üçün daha az təhlükədir, nəinki terroristlərin hakimiyyəti ələ keçirməsi.”

Rusiya Qərbin Suriyadakı müharibəni dəstəkləməsinin ən kəskin tənqidçilərindəndir. Bu müharibə dünyanın müxtəlif bölgələrində mövcud olan ekstremsit döyüşçüləri özünə cəlb etmiş və nəticədə 120 mindən çox insan qətlə yetirilmişdir.

Radikallaşmanın Araşdırılması üzrə Beynəlxalq Mərkəzin bu yaxınlarda verdiyi məlumata əsasən 73 ölkədən olan ekstremsit döyüşçülər Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşürlər.

Sentyabr ayında Amerikanın Pentapolis agentliyinin verdiyi məlumatda isə Suriyada müvcud olan müharibədə prezident Bəşər Əsədə qarşı ən azı 130 min qeyri suriyalı döyüşçünün vuruşduğu bildirilib.

Əl Qaidə terror şəbəkəsinə bağlı olan qruplar Suriyanın müxtəlif bölgələrində yerləşən şəhər və kəndlərə hücum edir və oradakı insanları öz qanunları ilə idarə edirlər.

Əl Qaidə hücumlarının və işgəncələrinin nəticəsində uşaqlar da daxil olmaqla xeyli dinc insan həlak olub.

Moskva münaqişəyə son qoymaq üçün Suriya münaqişəsində rolu olan hər iki tərəfi danışıqlar aparmaq üçün masa arxasına oturtmaq istəyir.

Ancaq Qərb və bəzi regional dövlətlərin dəstəyindən yararlanan və parçalanmaya məruz qalmış Suriya müxalifəti dəfələrlə fikrini dəyişərək konfransı rədd etmiş və yaxud da konfrans üçün şərtlər qoymuşdur.

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi üçün vatx təyin etmək ən mübahisəli mövzulardanadır.

Reuters-in verdiyi məlumata əsasən Qərb Suriya müxalifətini işarə edərək bildirib ki, 22 yanvar tarixinə təyin edilmiş sülh konfransı ola bilər ki, Əsədin hakimiyyətdən getməsi ilə nəticələnməsin.
Source : Islamtimes
Comment