0
Monday 23 December 2013 - 00:28

Obama: Əlaqələrimiz korlandı!

Story Code : 333325
Obama: Əlaqələrimiz korlandı!
Obama: Əlaqələrimiz korlandı!
Ötürülən mesajda əlaqələrin korlandığı və gələcəyinin təhlükəyə atıldığı xəbərdarlığı edildi. Bu diplomatik cəhd “rəhbərlik adına”, yəni ABŞ prezidenti Barak Obama adından çatdırıldı.

ABŞ rəhbərliyi adından Vaşinqtonun ABŞ Maliyyə müşaviri David Cohenin Türkiyə ziyarətinin və ABŞ səfiri Francois Ricciardonenin adlarının korrupsiya əməliyyatı ilə əlaqələndirilməsindən sonra ABŞ tərəfindən bu mesajlar verildi:

“Cohen və Ricciardone onlara istinad edilən kampaniyalardan narahatdır Bu şəxsi bir mesaj deyil, ABŞ rəhbərliyinin mesajıdır. Bizi daxili işlərinizə qarışdırmayın. Bu cür açıqlamalarla Türkiyə və ABŞ arasındakı əlaqələrin korlanmasından ciddi narahatlıq duyuruq. Əlaqələrimizi təhlükəyə atacaq şərhlərdən qaçınılmasını gözləyirik”.

Daha sonra da duyulan narahatlığın daha üst səviyyədə hökumətə çatdırılma tələbi qeyd olundu.
Xarici işlər naziri Əhməd Davudoğlu da əvvəlki gün ABŞ xarici işlər naziri John Kerry ilə telefonla danışdı, ancaq bu söhbətdə Türkiyədəki korrupsiya əməliyyatı müzakirə olunmadı. Türk diplomatik qaynaqlar ABŞ ilə təkrarlanan görüşlərin davam etdiyini ifadə edərək “Telefon danışığında müzakirə olunmadı. Bu mərhələdə ABŞ səfirinə qarşı bir reaksiya gözləmirik. Ancaq Baş nazirin sözlərindən sonra Nazir Bəy bir təlimat versə belə bir cəhd ola bilər. Bu mərhələdə planlaşdırılan bir görüş yoxdur” məlumatını verdi.
Source : Islamtimes
Comment