QR CodeQR Code

İranla “altılıq” ölkələri arasında müzakirələr gələn il davam etdiriləcək

23 Dec 2013 12:19

IslamTimes - İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında telefon danışığı olub.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, tərəflər İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində Cenevrədə keçirilən nüvə müzakirələrinin nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar. Sonda danışıqların Yeni İl bayramı tətilindən sonra davam etdirilməsi barədə razılıq əldə olunub.
 
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələri Cenevrədə dekabrın 19-da başlayıb, dekabrın 22-dək davam edib.


Story Code: 333387

News Link :
https://www.islamtimes.org/az/news/333387/iranla-altılıq-ölkələri-arasında-müzakirələr-gələn-il-davam-etdiriləcək

Islam Times
  https://www.islamtimes.org