QR CodeQR Code

Rusiya: "Cenevrə-2 üçün razılaşma təmin edildi"

23 Dec 2013 13:44

IslamTimes - Rusiya Xarici İşlər Nazirliyi Suriya probleminin siyasi yollarla həlli üçün beynəlxalq Cenevrə-2 yığıncağında iştirak edəcək iştirakçıların siyahısıyla əlaqədar razılıq əldə edildiyini açıqlayıb.


İranın yığıncağa qatılması barəsində isə Moskva və Vaşinqton arasında hələ son qərar verilməyib, - CHA.
Jurnalistlərə açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov yığıncaqda iştirak edəcək iştirakçıların siyahısı barəsində razılığın təmin edildiyini bildirib. Qatilov deyib ki, toplantıya qatılacaq təxminən 30 iştirakçı var.
/Deyerler/


Story Code: 333415

News Link :
https://www.islamtimes.org/az/news/333415/rusiya-cenevrə-2-üçün-razılaşma-təmin-edildi

Islam Times
  https://www.islamtimes.org