QR CodeQR Code

Lavrov: Xalqın dəstəyi olmasaydı Suriya hökuməti çoxdan devrilmişdir

Islamtimes , 23 Dec 2013 00:02

Islamtimes - Rusiya xarici işlər naziri Serqey Lavrov deyib ki. əgər Əsəd xalqın dəstəyini itirsəydi bu zaman bu müharibə 2 il müddətində davam edə bilməzdi və hökumət çoxdan devrilərdi.


Rusiyanın rəsmi xəbər agentliyi olan Ria Novostiyə müsahibə verən Rusiya xarici işlər naziri Serqey Lavrov Əsədin ərəb mediasına etdiyi keçiriləck prezident seçkilərində yenidən namizəd olacağı haqqında açıqlamaya toxunub.

Lavrov Əsədin gələn il keçiriləcək növbəti seçimlərdə namizəd olma ehtimalını göz ardı etmədiyini bildirərək deyib: “Bəzi ölkələr hesab edir ki, Əsəd xalqın dəstəyini itirib. Ancaq əgər Əsəd xalqın dəstəyini itirsəydi bu zaman müharibə iki ərzində davam edə bilməzdir və hökumət çoxdan çökərdi.”

Rusiyalı nazir Qərbin Əsədin hakimiyyətdə olmasını terroristlərin hakimiyyətə gəlməsindən daha üstün tutmağa başladıqlarını deyib.

Rusiya xarici işlər naziri Serqey Lavrov deyib: “Təkcə şəxsi görüşlərdə yox, həmçinin ictimai görüşlərdə qərbli kolleqalarım dəfələrlə etiraf edərək bildiriblər ki, Əsədin hakimiyyətdə qalması Suriya üçün daha az təhlükədir, nəinki terroristlərin hakimiyyəti ələ keçirməsi.”

Rusiya Qərbin Suriyadakı müharibəni dəstəkləməsinin ən kəskin tənqidçilərindəndir. Bu müharibə dünyanın müxtəlif bölgələrində mövcud olan ekstremsit döyüşçüləri özünə cəlb etmiş və nəticədə 120 mindən çox insan qətlə yetirilmişdir.

Radikallaşmanın Araşdırılması üzrə Beynəlxalq Mərkəzin bu yaxınlarda verdiyi məlumata əsasən 73 ölkədən olan ekstremsit döyüşçülər Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşürlər.

Sentyabr ayında Amerikanın Pentapolis agentliyinin verdiyi məlumatda isə Suriyada müvcud olan müharibədə prezident Bəşər Əsədə qarşı ən azı 130 min qeyri suriyalı döyüşçünün vuruşduğu bildirilib.


Story Code: 333637

News Link :
https://www.islamtimes.org/az/news/333637/lavrov-xalqın-dəstəyi-olmasaydı-suriya-hökuməti-çoxdan-devrilmişdir

Islam Times
  https://www.islamtimes.org