QR CodeQR Code

Natiq Ədilov Bakı prokuroru və polisini məhkəməyə verdi

Azadliq.info , 22 Dec 2013 00:05

Islamtimes - Jurnalist ona xəbərdarlıq etdikləri üçün hər iki quruma qarşı təzminat davası açdı


“Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu (Ədilov) Prokurorluq və Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia qaldırıb. İddia ərizəsi 13 dekabrda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmsinə verilib.
Media Hüquqi İnstitutu hüquqşünaslarının tərtib etdiyi şikayətdə xahiş etdilir ki, hər iki orqanın – Bakı Şəhər Prokurorluğunun yazılı, Bakı Şəhər Baş Polis İdarəsinin şifahi xəbərdarlığı qanunsuz sayılsın və ləğv edilsin. Eyni zamada Natiq Ədilov iddiada tələb edir ki, ona dəyən mənəvi zərər kimi iki min manat təzminat (2000 ) ödənilsin.
N. Ədilov dekabrın 4-də Bakı şəhər Baş Polis Idarəsinə çağırılıb. Bakı şəhər prokuroru Əziz Seyidov və Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasov tərəfindən tənqidi yazılarına görə sorğu-sual edilən jurnalistə Bakı şəhər prokuroru adından rəsmi xəbərdarlıq təqdim olunub. Xəbərdarlıq jurnalisti tənqidi yazılardan çəkindirmək məzmunundadır. N.Ədilova yazılarının ölkədəki inkişafı ifadə etmədiyi, daim tənqidi məzmunda olduğu xatırladılır, tənqidi yazılarına son qoyması tələb olunur, əks halda məsuliyyətə cəlb olunacağı vurğulanır.


Story Code: 333642

News Link :
https://www.islamtimes.org/az/news/333642/natiq-ədilov-bakı-prokuroru-və-polisini-məhkəməyə-verdi

Islam Times
  https://www.islamtimes.org