QR CodeQR Code

Misirdə baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb

24 Dec 2013 11:24

IslamTimes - Misirdə polis binası yaxınlığında baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 100-dən çox adam yaralanıb.


APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Qahirə yaxınlığında yerləşən Əl-Mənsurə şəhərində yaşanıb.

Şahidlərin bildirdiyinə görə, partlayışın səsi hadisə yerindən 20 kilometr aralıda eşidilib.

İlkin ehtimal kimi minalanmış avtomobilin partladılması versiyası irəli sürülür.


Story Code: 333718

News Link :
https://www.islamtimes.org/az/news/333718/misirdə-baş-vermiş-partlayış-nəticəsində-14-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org