0
Tuesday 24 December 2013 - 13:27

Təhdidlərə baxmayaraq milyonlarla insan Kərbəlada Ərbəin mərasiminə qatılıblar

Story Code : 333751
Təhdidlərə baxmayaraq milyonlarla insan Kərbəlada Ərbəin mərasiminə qatılıblar
Təhdidlərə baxmayaraq milyonlarla insan Kərbəlada Ərbəin mərasiminə qatılıblar
İmam Hüseyin (əs) ziyarətgahına doğru gedən zəvvarlara qarşı edilən terror hücumlarına baxmayaraq ən azı 10 milyon insan cümə günü artıq müqəddəs Kərbəla şəhərinə daxil olmuşdur.

Əl Mənar telekanalına müsahibə verən Fərat əyalətinin polis rəisi general leytenant Osman Əli Fərhad qeyd edərək bildirib ki, Ərbəin gününə qədər müqəddəs Kərbəlaya gələn zəvvarların sayı 20 milyona çatacaq.

Fərhad əlavə edərək deyib ki, təhlükəsizlik qüvvələri əyalətin bütün ərazilərinə təyin edilib.

Telekanala müsahibə verən digər müsahib Kərbəla əyaləti şurasının rəis müavini Əli əl Maliki deyib ki, əyalətin təhlükəsizlik planı 15 gün əvvəlcədən təyin edilib.

O qeyd edərək bildirib ki, plana əsasən onlarla təhlükəsizlik qüvvələri şəhərin bütün giriş-çıxışlarını nəzarətdə saxlamaq üçün şəhərin müxtəlif ərazilərinə təyin ediliblər.

Ərbəin mərasimi dünyada təşkil edilən ən böyük yığıncaq hesab olunur.
Source : Islamtimes
Comment