0
Monday 23 December 2013 - 18:20

Səudiyyə Ərəbistanı Şiə etirazçını həbs edib

Story Code : 333882
Səudiyyə Ərəbistanı Şiə etirazçını həbs edib
Səudiyyə Ərəbistanı Şiə etirazçını həbs edib
Səudiyyə mediasının bazar ertəsi günü verdiyi məlumata əsasən adı çəkilməyən şəxs Şərq Əyalətinin Qatif regionunda təşkil edilən etirazlarda əli olmaqda günahkar bilinərək həbs edilib.

Etirazçılar Səudiyyə qoşunlarının Bəhreyndən çıxarılamsını tələb ediblər.
Əl Həyat qəzetinin verdiyi məlumata əsasən müttəhimin vəkili məhkəmə işini appelyasiya məhkəməsinə aparacaq.
2011-ci ilin 14 mart tarixində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan ordu qüvvələri Bəhreynə Manama rejiminə dinc nümayişçiləri yatırtmağa kömək etmək üçün göndərildi.

Səudiyyə Ərəbistanında hər növ etiraz nümayişləri və siyasi yığıncaqlar qadağan edilib.

2011-ci ilin fevral ayından etibarən etirazçılar Səudiyyə Ərəbistanında şiələrin ən çox məskunlaşdığı ərazilər olan Şərq Əyalətindəki Avamiyyə və Qatif regionlarında davamlı olaraq nümayişlər təşkil edirlər.
Etirazçılar əsasən siyasi məhbusların azad edilməsi, söz və toplaşmaq azadlığı və krallıqda geniş şəkildə yayılmış ayrıseşkiliyiə son qoyulmasını tələb edirlər.
Ancaq 2011-ci ilin noyabr ayından etibarən səudiyyə təhlükəsizlik qüvvələri beş etirazçını qətlə yetirdikdən və bir neçə nəfəri yaraladıqdan sonra nümayişlər Ali Səud rejiminə qarşı etiraz nümayişlərinə çevrildi.
Source : Islamtimes
Comment