0
Monday 23 December 2013 - 19:18

Kərzai ABŞ-ın terrorizmə qarşı mövqeyini tənqid edib

Story Code : 333910
Kərzai ABŞ-ın terrorizmə qarşı mövqeyini tənqid edib
Kərzai ABŞ-ın terrorizmə qarşı mövqeyini tənqid edib
Kərzai bu açıqlamanı bazar günü Kabulda prezident sarayında bəzi yerli jurnalistlər ilə görüşündə edib.

O jurnalistlərə deyib ki, ABŞ hökuməti təkcə o şəxsləri terrorist hesab edir ki, onlar Vaşinqtonun maraqlarını təhdid edirlər, ancaq “məktəb yandıranları” terrorist hesab etmirlər.

Kərzai həmçinin Vaşinqton və Kabul arasında imzalanması nəzərdə tutulan İkitərəfli Təhlükəsizlik Razılaşması haqqında mövqeyini bir daha açıqladı.

Əfqan prezidenti deyib ki, o müqaviləni imzalamayacaq və bu məsələ aprel ayında Əfqanistanda keçirilməsi nəzərdə tutlan prezident seçkilərindən sonraya saxlanılacaq.

Artıq Əfqan ağsaqqallar şurasında bəyənilən müaqviləyə əsasən ABŞ ordu qüvvələri 2014-cü ilə planlaşdırılmış ordu qüvvələrinin Əfqanistanı tərk etməsindən sonra da ölkədə qalacaqlar.

14 Dekabr tarixində Əfqan prezidenti ABŞ-a daha güvənmədiyini demiş və ABŞ administrasiyasını dildə bir şey deməkdə, əməldə isə başqa cür hərəkət etməkdə ittiham edib. O əlavə edərək deyib ki, onu müqaviləni imzalamağa təhrik edə bilməzlər.

Əfqan prezidenti deyib ki, ABŞ yaşayış ərazilərinə ölümcül zərbələr endirməyəcəyinə zəmanət verməyənə qədər ölkə razılıq müqaviləsini imzalaya bilməz.

ABŞ-ın hava zərbələri Əfqanistan ilə ABŞ arasında əsas gərginlik məsələsinə çevrilib.
Halhazırda Əfqanistanda əksəri amerikalı olmaqla 84 min ordu qüvvəsi məskunlaşıb.

2001-ci ildə Vaşinqton terrorizim ilə mübarizə adı altında Əfqanistanı işğal edərək Talibanı hakimiyyətdən devirdilər, ancaq indiyə kimi hələ də ölkədə təhlükəsizlik bərpa edilməyib.
Source : Islamtimes
Comment