0
Wednesday 25 December 2013 - 11:21

Sionist rejim Qəzzaya havadan zərbələr endirib

Story Code : 334096
Sionist rejim Qəzzaya havadan zərbələr endirib
İsrail rejiminin radiosu Qəzza sərhəddində ötən həftə baş vermiş fırtınada zərər çəkən tikanlı hörgülərin təmirində işləyən işçinin günorta saatlarında Qəzzadan açılan atəşlə yaralandığını, vertolyotla Soroka Universiteti Xəstəxanasına aparılan 52 yaşlı sionistin bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyini iddia edilib, - Star Gazete.

Hadisədən sonra İsrail rejimi qırıcıları Qəzzanın bəzi məntəqələrini havadan bombardmana məruz qoyub. Qəzzanın ''Meqazi'' düşərgəsinə edilən bombardman nəticəsində 1 qız uşağı şəhid olub, 3 nəfər yaralanıb.

Bu gün həmçinin sionist qırıcıları Qəzza sahilinin cənubunda yerləşən HƏMAS hərbi bazalarına ard-arda havadan zərbələr təşkil edib. Hadisə şahidləri "F16"ların Qəzzanın cənubundakı Xanyunis şəhərindəki Fələstin müqavimətçilərini hədəf aldığını söyləyir. /Deyerler/
Comment