QR CodeQR Code

Bakı-Moskva-Bakı aviareysləri təxirə salındı

7 Aug 2010 16:10

IslamTimes – Bu, Rusiyada müşahidə olunan meşə yanğınları ilə əlaqədardır


Rusiyada müşahidə olunan təbiət yanğınları ilə əlaqədar Moskva aeroportlarının işində yaranmış çətinliklər Bakıdan Moskvaya və əks istiqamətdə həyata keçirilən təyyarə reyslərinə də təsir edib.
AZAL-dan “APA-ECONOMICS”ə verilən məlumata görə, artıq Bakıdan Moskvaya yerinə yetirilməli olan iki təyyarə reysi təxirə salınıb. Reyslərin yaxın vaxtlarda baş tutacağı gözlənilir. Bundan başqa, Moskva-Bakı marşrutu üzrə yerinə yetirilməli olan bir reys də təxirə salınıb.
Qeyd edək ki, Moskva aeroportlarında, o cümlədən Bakıdan reyslərin əsas hissəsini qəbul edən Domodedovo aeroportunda hazırda çətin vəziyyət yaranıb. Buna səbəb Moskva ətrafında müşahidə olunan meşə yanğınlarından əmələ gəlmiş, bir neçə gündür, şəhəri bürüyən tüstüdür. Bununla əlaqədar dünəndən başlayaraq Moskva aeroportlarının fəaliyyətində problemlər yaranıb. Moskva və əks istiqamətdə onlarla təyyarə reysi təxirə salınıb. Yaranmış vəziyyətin nə vaxtadək davam edəcəyi məlum deyil.
Son məlumatlara görə, Moskvanın hava məkanında görmə dərəcəsi 100 metr təşkil edir.
LENT.AZ


Story Code: 33438

News Link :
https://www.islamtimes.org/az/news/33438/bakı-moskva-aviareysləri-təxirə-salındı

Islam Times
  https://www.islamtimes.org