QR CodeQR Code

Putin: Yeni post-Sovet ittifaqı yenidən yaranacaq

Islamtimes , 26 Dec 2013 01:20

Islamtimes - Rusiya prezidenti Vladimir Putin deyib ki, Qazaxıstan və Belarusiya ilə yeni post Sovet ittifaqı 2015-ci ildə yenidən yaradılacaq və ümid edilir ki, Ukrayina da bu ittifaqa qoşulacaq.


Putin çərşənbə axşamı günü Moskvada Qazax prezidenti Nursultan Nazarbayev və Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar apardıqdan sonra deyib ki, bu 2015-ci ildə açılış mərasimi olacaq Avroasiya İqtisadi Əməkdaşlıq təşkilatının son mərəhələsidir.

Putin deyib: “ Bu üçlüyün (Rusiya, Qazaxstan və Belarusiya) dövlət nümayəndələri Avroasiya İqtisadi Əməkdaşlıq birliyinin qanun layihəsini artıq hazırlayıblar.”

Putin əlavə edərək deyib: “Bu sənəd 2015-ci il 1 yanvar tarixindən fəaliyyətə başlayacaq təşkilatın beynəlxalq qanuni statusunu, təşkilatın hüdudlarını, məqsəd və vəzifələrini və işləmə mexanizmlərini əhatə edir.”

Rusiya prezidenti söz verərək bildirib ki, yeni birlik bütün üzvləri üçün inkişaf mənbəyi olacaq və o həmçinin tez bir zamanda Ukrayinanın da bu ittifaqa qoşulacağına toxunub.

Keçən ay Ukrayina prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsini imzalamaqdan boyun qaçırdı, əvəzində Moskva ilə iqtisadi və ticarət razılaşmasını imzalamağa qərar verdi.

Ukrayina xarici işlər naziri Leonid Kozari deyib ki, Kiev və Moskva birgə xarici siyasət yürütmək qərarına gəliblər.
Putin daha əvvəl post-Sovet ittifaqının yaradılmasını təklif etdiyi vaxt bir zaman Türkiyə və Hindistanın da bu birliyə daxil olacağını demişdir.

Birlik 28 üzvdən ibarət olan Avropa Birliyi təşkilatına cavab olaraq Avroviziya Gömrük Birliyi kimi fəaliyyət göstərəcək.


Story Code: 334380

News Link :
https://www.islamtimes.org/az/news/334380/putin-yeni-post-sovet-ittifaqı-yenidən-yaranacaq

Islam Times
  https://www.islamtimes.org