QR CodeQR Code

Qarabağ qazisi özünü yandırdı

26 Dec 2013 10:50

IslamTimes - Deputatın II qrup əlilə mülk sitəmi faciə ilə bitdi


Azərbaycanın xəbər məkanı səhərini dəhşətli xəbərlə açdı. Binə Ticarət məkrəzindəki alovun közü təzəcə söndürdü ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) önündə bir Qarabağ qazisi - Zaur Həsənov özünü yandırdı. Şahidlərin sözlərinə görə, o üstünə bezin tökərək, bu amansız canınaqəsdi törədib.
O, hazırda ağır vəziyyətdə xəstəxanada yatır. 5 uşağ atası olan Qarabağ qazisinin sağlamlığı geri qayıdacaq, qayıtmayacaq, Allahın lütfünə və tibbin kəramətinə bağlıdır. Biz də onun sağalmağın arzu edək. Bəs onu bu qəsdə vadar edən nədir? Hətta sağlıq ona nəsib olsa, yanğının səbəbləri aradan qalxmasa bu, faydasız bir şeydi.
 
Gözlənilən bir qəsdin tarixçəsi
 
Ondan başlayaq ki, bu özünə qəsd ani emosional vəziyyətin nəticəsi deyil. Zaur Həsənov uzun müddət idi ki, bu işi görəcəyini bəyan edirdi. Təqribən 20 gün əvvəl onun belə bir iş görəcəyini “Azadlıq”a da çatdırmışdılar. Bəndəniz bu qorxulu hadisənin önünü almaq üçün “facebook”da qeyd yazaraq hər kəsi köməyə çağırmışdı. Buna görə də özünü yandırma baş tutmamışdı, polis onu önləmişdi.
“Bizim Yol” qəzetinin müxbiri İdrak Abbasov Həsənovla iki ay əvvəl etdiyi telefon danışığını da dünən ictimailəşdirib. O söhbətdə də Həsənov cana doyduğunu, pozulan hüququnu bərpa etməkdə aciz qaldığını deyərək özünü yandıracağını bildirir. Jurnalist onu təmkinli olmağa, hüquqi yollardan istifadə etməyə dəvət edir, lakin Həsənov bütün qanunların pul qarşısında qüvvəsiz olduğunu söyləyir.


Story Code: 334408

News Link :
https://www.islamtimes.org/az/news/334408/qarabağ-qazisi-özünü-yandırdı

Islam Times
  https://www.islamtimes.org