QR CodeQR Code

Amerikada təyyarə yaşayış evinin üstünə düşüb, 2 nəfər həlak olub

8 Aug 2010 09:30

IslamTimes – Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında ikimotorlu təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində iki nəfər həlak olub.


APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, yerli hakimiyyətdən bildirilib ki, həlak olanlar təyyarənin pilotu və sərnişindir. Təyyarənin düşdüyü yerdə heç kim xəsarət almayıb.
Təyyarənin üzərinə düşdüyü yaşayış evində yanğın baş verib və hadisə zamanı evdə bir nəfər olub. Lakin yanğının qarşısı alınıb və ev sakini xəsarət almayıb.
Təyyarənin kimə məxsus olması və hansı marşrut üzrə hərəkət etməsi barədə heç bir məlumat yoxdur. ABŞ Federal Aviasiya İdarəsi baş vermiş hadisəni araşdırmaqda davam edir.


Story Code: 33459

News Link :
https://www.islamtimes.org/az/news/33459/amerikada-təyyarə-yaşayış-evinin-üstünə-düşüb-2-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org