0
Sunday 8 August 2010 - 09:32

Fransa niqab qadağasından milyonlar itirəcək

Story Code : 33460
Fransa niqab qadağasından milyonlar itirəcək
Fransa niqab qadağasından milyonlar itirəcək
Fransa prezidenti Sarkozinin təşəbbüsü ilə həyata keçmiş niqab qadağasından sonra ölkənin turist industriyasına böyük zərbə dəyəcəyi gözlənilir.
Bloomberg mənbəsi xəbər verir ki, Parisə ən varlı müsəlmanlar səfərə gəlirdilər. Amma niqab qadağası müsəlmanlara qarşı ciddi təhqir sayıldığından onlar istirahət üçün daha azad ölkə soraqlayacaqlar.
Statistikaya görə Yaxın Şərqdən ildə 215 min turist Parisdə səfərdə olur. Ekspertlər ən varlı müştərilərin də məhz bu sırada olduğunu bildirirlər. Mənbə yazır ki, doğrudanmı Fransız polisi ən bahalı dükandan böyük alış-verişlə çıxmış niqablı xanımı saxlayacaq? Fransizlar bu qanunun həyata keçəcəyinə şübhə ilə yanaşırlar. İstənilən bir halda itirən Fransa olacaq.
Comment