QR CodeQR Code

Cənubi Sudanda üsyançılar neft mədənlərini ələ keçiriblər

27 Dec 2013 11:21

IslamTimes - Cənubi Sudanın neft yataqları ilə zəngin olan Yuniti ştatında üsyançılar neft mədənlərini ələ keçiriblər.


APA-nın məlumatına görə, bu barədə “Röyters” Cənubi Sudanın neft naziri Stiven Diyeu Dauya istinadən xəbər verir. Qeyd edək ki, Yuniti ştatında qızğın döyüşlər səbəbindən neft quyularının işlənilməsi bir neçə gün əvvəl dayandırılmışdı.  

“Bir neçə neft mədənləri keçmiş vitse-prezident Riyeku Maçararın tərəfdarları olan üsyançı hərbçilər tərəfindən zəbt edilib. Biz istehsalata və ya ətraf mühitə zərər dəyəcəyindən ehtiyatlanırıq”, deyə  Stiven Diyeu Dau bildirib.

Qeyd edək ki, Cənubi Sudanın neft naziri bundan əvvəl Yuniti ştatında davam edən qızğın döyüşlər səbəbindən neft hasilatının həcmi sutkada 45 min barelədək azalaraq 200 min barel təşkil edib. 


Story Code: 334683

News Link :
https://www.islamtimes.org/az/news/334683/cənubi-sudanda-üsyançılar-neft-mədənlərini-ələ-keçiriblər

Islam Times
  https://www.islamtimes.org