QR CodeQR Code

Özünü yandırmış Qarabağ əlili dünyasını dəyişib

29 Dec 2013 02:55

IslamTimes - Z. Həsənov müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.


Bu barədə APA-ya “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, Z. Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin ba məsləhətçisi Dadaş Hümbətoav APA-ya Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. APA-nın 5 saylı şəhər Klinik Xəstəxanasında olan müxbirinin verdiyi xəbərə görə, artıq Z. Həsənovun meyiti ailəsinə təhvil verilib. 5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov APA-ya qbildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: “Biz onun həyatını xilas etmək üçün səy göstərdik. Sadəcə, yanıq xəsarətləri ağır idi və bütün səylərimizə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı.


Story Code: 335247

News Link :
https://www.islamtimes.org/az/news/335247/özünü-yandırmış-qarabağ-əlili-dünyasını-dəyişib

Islam Times
  https://www.islamtimes.org