QR CodeQR Code

Qarabağ qazisi ilə əlaqədar Fəvvarələr Meydanında aksiya təyin olundu

29 Dec 2013 10:49

IslamTimes - Özünü Həmkarlar İttifaqı Konfederasiyasının qarşısında yandırdıqdan sonra ötən gün vəfat etmiş Qarabağ qazisi Zaur Həsənovun vəfatı ilə əlaqədar “Facebook” sosial şəbəkəsində etiraz mitinqi “İvent”i yaradılıb.


Deyerler.org-un məlumatına görə, “İvent”də bütün insanlar sabah (29 dekabr) saat 16:00-da Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyasına çağırılır: “Bildiyiniz kimi Qarabağ qazisi bu gün (red. "ötən gün") axşam saatlarında dünyasını dəyişdi. Sabah (red. "bu gün") hamı saat 16:00-da Fəvvarələr meydanına”.
 
Digər bir “İvent” isə Zaur Həsənovun dəfni ilə əlaqədar yaradılıb. Deyerler.org-un məlumatına görə, həmin “İvent”in mətnində deyilir: “Dünən Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişdi. Bu gün saat 14.30-da Zaur Həsənov Bibi Heybətdə dəfn olunacaq. Bizlər də saat 14:00-da Bibi Heybətdə olaq. Qəbirstanlıq Bibi Heybət məscidinin yaxınlığındadır. Bibi Heybət məscidinə 124, 121, 195, 197, 193, 207 nömrəli marşrutlar gedir.

Diqqət! Dəfnə gələn hər kəs qoluna qara lent bağlasın”.


Story Code: 335311

News Link :
https://www.islamtimes.org/az/news/335311/qarabağ-qazisi-ilə-əlaqədar-fəvvarələr-meydanında-aksiya-təyin-olundu

Islam Times
  https://www.islamtimes.org