0
Monday 30 December 2013 - 09:00

Fransa Livan ordusuna silah verəcək

Story Code : 335549
Fransa Livan ordusuna silah verəcək
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland “Er-Riyad” telekanalına verdiyi müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Fransa prezidenti Livan prezidenti ilə əməkdaşlıq edir, bu baxımdan qarşı tərəf ordusunun silahla təmin edilməsi xahişini etsə, Fransa buna müsbət cavab verəcək.
 
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın Səudiyyə Ərəbistanının kralı Abdulla ilə görüşündə belə qərar qəbul edilib.

Xatırladaq ki, Livan prezidenti Mişel Süleyman bəyan edib ki, Səudiyyə Ərəbistanı Fransadan Livan ordusu üçün alınacaq hərbi silah üçün nəzərdə tutulan 3 milyard dolları ödəməyə hazırdır. Bəyanatda söhbətin hansı silah növündən getdiyi açıqlanmır.
Comment