0
Wednesday 1 January 2014 - 00:27

Əsəd Səudiyyə vəhabizmi ilə mübarizəyə çağırış edib

Story Code : 336220
Əsəd Səudiyyə vəhabizmi ilə mübarizəyə çağırış edib
Əsəd Səudiyyə vəhabizmi ilə mübarizəyə çağırış edib
SANA xəbər agentliyi bazar ertəsi günü məlumat yayaraq bildirib: “Prezident Əsəd deyib ki, ekstremist və vəhabi idealogiyasının əsas məqsədi pak İslamı aradan aparmaqdır.”

“O müsəlman cəmiyyətini və idealogiyasına yad olan vəhabizmə qarşı mübarizədə din xadimlərinin böyük rolu olduğunu vurğulayıb.”

Suriya prezidenti Bəşər Əsəd bazar ertəsi günü Şey Həsən Abdullahın rəhbərlik etdiyi Livanın Müsəlman Alimləri Yığıncağını qəbul edib.

Görüş zamanı regionda, məxsusən də Suriya və Livanda baş verən son hadisələr və region xalqının tarixini, gələcəyini və əməkdaşlığını hədəfə alan təkfirçi idealogiyanın təhlükə və təhdidləri müzakirə edilmişdir.
Əl Qaidə terror şəbəkəsinə bağlı olan qruplar halhazırda Suriyada hökumətə qarşı döyüşür.

Səudiyyə Ərəbistanı Suriyada döyüşən vəhabi terroristlərin əsas dəstəkçisidir və onları maliyyələşdirmək ilə Suriya hökumətini dağıtmaq istəyir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanı qətlə yetiriblər.
Source : Islamtimes
Comment