0
Wednesday 1 January 2014 - 00:26

Səudiyyənin Livana hərbi yardımı Hizbullahı hədəfə alıb

Story Code : 336222
Səudiyyənin Livana hərbi yardımı Hizbullahı hədəfə alıb
Səudiyyənin Livana hərbi yardımı Hizbullahı hədəfə alıb
Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, Səudiyyə Ərəbistanın Livana külli miqdarda hərbi yardımından məqsəd Livan ordusunu Hizbullah müqavimət hərəkatına qarşı mübarizəyə sövq etməkdir.

Siyasi analitik Finian Cunningham qeyd edərək bildirib ki, Səudiyyə Ərəbistanı Livana milli ordu büdcəsinin iki qat dəyəri olan 3 milyard dollar yadım edib, bir halda ki, Livanda baş verən qətlimalar bir başa Səudiyyə Ərəbistanın əmri ilə yerinə yetirilir.

Bazar günü Livanın prezidenti Micheal Suleyman Səudiyyə Ərəbistanın Livan ordusunu 3 milyarda ABŞ dolları dəyərində yardım etdiyini demiş və bunu ölkəyə edilən ən böyük hərbi yardım adlandırmışdır.

Cunningham deyib: “Səudiyyə Ərəbistanı tərəfindən edilən 3 milyard dollar yardım Livanın təhlükəsizliyini artırmaq adı ilə olsa da əsil məqsəd ölkədə həyata keçirilən zorakılığın həqiqi icraçısını ört basdır etmək və Livan ordusunu Hizbullah müqavimət hərəkatına qarşı yönləndirməkdir.”

Analitik cümə günü Livanda baş vermiş terror aktına toxunmuş və demişdir ki, Hizbullah və Suriya hökuməti bu hadisəni tənqid etdikləri halda Səudiyyə Ərəbistanın kuklası olan Səid Həriri heç bir sübut gətirmədən hadisədə müqavimət hərəkatını və Dəməşqi günahlandırmışdır.

27 Dekabr tarixində Beyrutda parlament və 14 Mart aliyansının baş qərargahı yaxınlığında baş vermiş partlayış nəticəsində ən azı səkkiz nəfər həlak olmuş və 70-dən çox insan isə yaralanmışdır. Livanın sabiq maliyyə naziri Muhəmməd Şatah da həmçinin partlayış nəticəsində həlak olmuşdur.

Chunningham sonda qeyd edərək bildirib: “Əgər Səudiyyə Ərəbistanından pul axını olmasaydı, bu zaman Suriya və İraqda uzun müddət baş verən və indi də Livana keçən və regionun Yəmən və Rusiya kimi dövlətlərində də baş verən qanlı hadisələr baş verməzdi.”
Source : Islamtimes
Comment