0
Wednesday 1 January 2014 - 14:47

Putin Volqoqradda terror törədilən ərazilərdə olub

Story Code : 336349
Putin Volqoqradda terror törədilən ərazilərdə olub
Rusiya prezidenti Vladimir Putin bu gün Volqoqrada gəlib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın dövlət başçısı 30 dekabrda Volqoqradda baş verən terror aktlarıyla bağlı partlayışların baş verdiyi ərazilərə baş çəkib. Putin trolleybusun partladığı ərazidə olaraq həmin yerə gül dəstələri qoyub. Daha sonra dövlət başçısı xəstəxanaya gedərək yaralıları ziyarət edib.
Onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortinkov, Daxili işlər naziri Vladimir Kokolçev, Səhiyyə naziri Veronika Skvortsova, Volqaqrad qubernatoru Sergey Bojenev və başqaları müşayiət ediblər.
Comment