0
Wednesday 1 January 2014 - 20:02

İsrail Türkiyənin maliyyə sirlərini oğurladı

Story Code : 336460
İsrail Türkiyənin maliyyə sirlərini oğurladı
İsrail Türkiyənin maliyyə sirlərini oğurladı
İstanbulda reallaşdırılan və Türkiyənin gündəminə bomba kimi düşən korrupsiya əməliyyatının əks-sədaları davam edir. İndi də əməliyyatı icra edən İstanbul Baş Polis İdarəsi Maliyyə Şöbəsinə şəxsiyyəti naməlum bir nəfərin girdiyi iddia edildi.

Şəxsiyyəti müəyyənləşmədi

Şöbənin məlumatların saxlandığı otağa girən şəxsin kompüterləri qarışdırdığı və təhlükəsizlik kameraları tərəfindən təsbit edildiyi, ancaq şəxsiyyətinin hələ müəyyən edilmədiyi irəli sürüldü. Baş Polis İdarəsi mövzuyla əlaqədar istintaq başlatdı. Korrupsiya və rüşvət əməliyyatı sonrası Şöbə müdiri Yaqub Sayqılı və bütün şöbə polisləri vəzifədən uzaqlaşdırılmış, şöbədə çalışan çaycının belə yeri dəyişdirilmişdi. Təhlükəsizliyi bu qədər qorunan şöbəyə şəxsiyyəti naməlum adamın necə girdiyi araşdırılır.
“Radikal” qəzetindən Fatih Yağmurun xəbərinə görə, əvvəlki axşam yaşanan hadisə belə baş vermişdi: Korrupsiya və rüşvət əməliyyatı istintaqıyla əlaqədar fayl və məlumatların olduğu Maliyyə Şöbənin yerləşdiyi mərtəbəyə girən şəxsiyyəti naməlum adam şöbədəki kompüterlərdə bəzi əməliyyatlar etdi. Şəxsiyyəti naməlum adamın kompüterdəki harddisk-in içindəkiləri köçürtdüyü düşünülür. Video görüntülərə düşən adamın otaq qaranlıq olduğu üçün şəxsiyyətinin hələ müəyyən etmək mümkün olmayıb və mövzuyla əlaqədar olaraq araşdırma başladıldığı öyrənildi.

Şəxsiyyət vəsiqəsi ya da barmaq izi olmalıdır
İstanbul Baş Polis İdarəsinin binasının 1 ana, 2 yan giriş qapıları var. İdarə işçisi mənsubu olmayanlar, ana qapıdan içəri girərkən şəxsiyyət vəsiqəsi verib hara gedəcəyini və kimə gəldiyini bildirmək məcburiyyətindədir. Yan qapılardan isə ancaq barmaq izi təyin olunan personal girə bilir. Maliyyə Şöbədə olduğu bölüm B blok olaraq keçir. Bu blokun 4-cü mərtəbəsində yerləşən Maliyyə Şöbəyə çıxa bilmək üçün ya lift və ya pilləkənlərdən istifadə olunmalıdır.
Ancaq 4-cü mərtəbədə sizi bir polis məmuru qarşılayır və hara getdiyinizi soruşur. Bu ofisdə olan polislər icazə vermədiyi müddətcə maliyyə şöbəyə daxil olmaq imkansızdır. Maliyyə Şöbəyə ziyarətçilər xaricində yalnız barmaq iziylə səlahiyyətli polislər girə bilir. Son dönəmdə təyin olunmuş polislərin barmaq izi alınmadığı üçün barmaq izi ilə giriş sisteminin dövrə xarici olmasından faydalanılaraq içəri girildiyi ola biləcək ehtimallardan biridir.
Source : Islamtimes
Comment