0
Thursday 2 January 2014 - 00:04

Səudiyyə Ərəbistanı və İsrail Şiəliyi zəiflətmək istəyir

Story Code : 336541
Səudiyyə Ərəbistanı və İsrail Şiəliyi zəiflətmək istəyir
Səudiyyə Ərəbistanı və İsrail Şiəliyi zəiflətmək istəyir
Siyasi şərhçi İvan Eland anti müharibə jurnalı üçün yazdığı məqalədə deyib: “Yaxın Şərqdə Sünni İslamın liderləri olan səudiyyəlilər tarixi rəqibləri olan Şiə Suriya İran bucağını zəiflətmək üçün ABŞ-ı onlara qarşı müharibəyə təhrik edir.”

Bu səbəbdən də Səudiyyə Ərəbistanın rəsmiləri ABŞ konqresi və administrasiyasında xeyli nüfuza sahib olan İsrail lobbisi ilə maliyyə mənbələrini birləşdirərək ABŞ-ın İran nüvə obyektlərinə hücum təşkil etməsinə və Suriyanı işğal etməsinə nail olmaq istəyirlər.

Eland deyib: “Sünni Ərəb bloku və İsrailin bir-birini qarşı qeyri dost olmasına baxmayaraq onlar Şiə Suriya və İran birliyini zəiflətməkdə eyni maraqları paylaşırlar. Onlar hər ikisi də ABŞ-ı onların yerinə bu çirkin işi həyata keçirməsini istəyirlər.”

O əlavə edərək deyib ki, ABŞ ictimaiyyətinin dünyanın müxtəlif bölgələrində ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlardan təngə gəlməsi faktına əsasən ABŞ-ın Səudiyyə Ərəbistanı və yaxud da İsrail üçün Suriya və İrana hücum etməsi ABŞ milli maraqlarını təmamilə alt üst edəcək.
Source : Islamtimes
Comment