ANS PRESS-in məlumatlnaa görə, İrandan qayıdan avtobusun partlaması nəticəsində 3 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb. Yaralananlar arasında qadın, uşaq və polislərin olduğu bildirilir. Partlayışdan sonra avtobus yanmağa başlayıb. Teraktın hansı qruplaşma tərəfindən həyata keçirildiyi bilinmir. Pakistan prezidenti Mamnun Hüseyn və baş nazir Nəvaz Şərif çıxış edərək teraktı pisləyiblər.