QR CodeQR Code

İşğalçı İsrail özünə əmindir

9 Aug 2010 22:06

IslamTimes - İsrailin baş naziri Benyamin Netanyahu mayın 31-də Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə hücumu müdafiə edib.


İsraildə qurulan daxili təhqiqat komissiyasına ifadə verən Netanyahu çıxışında "istintaqın sonunda İsrail dövləti və ordusunun beynəlxalq hüquqa uyğun davrandığının açığa çıxacağına əminəm" deyib. Netanyahu komissiyada veriləcək ifadələrin bütün detalları və həqiqətləri üzə çıxaracağını iddia edib. Netanyahunun çıxışının bir hissəsi mətbuata qapalı dinlənilib. İsrailin yaratdığı komissiyada sabah müdafiə naziri Ehud Barak, çərşənbə günü isə ordu rəhbəri Qabi Eşkenazi ifadə verəcək. /HaqqYolu/


Story Code: 33675

News Link :
https://www.islamtimes.org/az/news/33675/işğalçı-israil-özünə-əmindir

Islam Times
  https://www.islamtimes.org