0
Friday 3 January 2014 - 22:42

İran səfirliyinə hücum edən göstərişi şahzadə Bəndərdən alıb

Story Code : 337223
İran səfirliyinə hücum edən göstərişi şahzadə Bəndərdən alıb
İran səfirliyinə hücum edən göstərişi şahzadə Bəndərdən alıb
19 Noyabr tarixində Beyrutda İran səfirliyinin qarşısında baş verən iki bomba partlayışı zamanı 25 nəfər həlak olmuş və 150-dən çox insan isə yaralanmışdır.

Anonimliyin qorunmasını tələb edən Livanın xəbər agentlikləri əl Aləmə bildiriblər ki, onlar əl Qaidə terror şəbəkəsinə bağlı olan Əbdullah Əzzəm Briqadasının səudiyyəli komandiri Məcid əl Məcidin bu hücuma görə göstərişi Səudiyyə Ərəbistanın kəşfiyyat nazirindən aldığı haqqında məlumat ələ keçiriblər.

Əl Məcid çərşənbə günü Livan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

O Livanı tərk edərək Suriyada hökumətə qarşı döyüşən əsas silahlı qruplaşma olan əl Qaidəyə bağlı əl Nusra cəbhəsinin rəhbəri Əbu Muhəmməd əl Colani ilə birgə iş aparmaq üçün Suriyaya getməmişdən əvvəl Livanın cənubunda Ayn əl Halva hərbi düşərgəsində məskunlaşmışdır.

Məlumata əsasən o əl Nusra rəhbərinə qarşı təxribat hazırlamaq planı boşa çıxdıqdan sonra Livana yaralı olaraq geri döndü.

Əl Aləm xəbər agentliyinin Beyrutdakı müxbiri Fatimə Əvaza cümə axşamı günü deyib ki, əl Məcid Suriyada döyüşərkən yaralandıqdan sonra xəstəxanada müalicə alarkən həbs edilmişdir.

Əvaza deyib ki, Livan təhlükəsizlik qüvvələri əl Məcidinin şəxsiyyətini təsdiq etmək üçün on üzərində DNK testi həyata keçiriblər.

O daha sonra əlavə edərək deyib ki, İran səfirliyinə qarşı edilən hücum Məcidinin həyata keçirdiyi xeyli terror hadisələrindən sadəcə biridir və onun haqqında Livan, Səudiyyə Ərəbistanı və ABŞ-da bir neçə dəfə həbs əmri çıxarılıb.

3 Dekabr tarixində Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah partlayışların arxasında Səudiyyə Ərəbistanın durduğunu bildirmiş və demişdir ki, heç şübhə yoxdur ki, Səudiyyə Ərəbistanı kəşfiyyatının Abdullah Əzzəm Briqadası ilə sıx əlaqələrə malikdir.
Source : Islamtimes
Comment