0
Sunday 5 January 2014 - 13:45

İraqda sünni və şiələr əl Qaidəyə qarşı birləşdilər

Story Code : 337686
İraqda sünni və şiələr əl Qaidəyə qarşı birləşdilər
İraqda sünni və şiələr əl Qaidəyə qarşı birləşdilər
Sünni tayfaların rəhbərləri Fəlluca və Ramadidə olan terroristləri bu şəhərlərdən qovub çıxartmaq üçün orduya kömək etməkdə İraq hökuməti ilə razılığa gəliblər.

Qərb dövlətlərinin ölkədə məzhəbi çaxnaşma salmaq cəhdlərinə baxmayaraq Sünni qruplar ilə İraq hökuməti arasında əməkdaşlıq yaranıb.

Keçən günlər ərzində Fəlluca və Ramadi şəhərləri təhlükəsizlik qüvvələri ilə əl Qaidə terror şəbəkəsinə bağlı olan terrorist qruplar arasında gedən ölümcül toqquşmalara şahidlik edib.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə əsasən bu şəhərlərdə gedən qızğın döyüşlər nəticəsində 100 nəfərdən çox insan həlak olub.

Əl Ənbar əyalətində baş verən bu zorakılıq 2013-cü il 30 dekabr tarixində ordu qüvvələrinin Ramadidə hökumət əleyhinə olan etiraz düşərgəsini dağıtdıqdan sonra başladı. Hökumət rəsmilərinin bildirdiyinə görə düşərgə əl Qaidə terror şəbəkəsinin liderləri tərəfindən qərərgah kimi istifadə edilirdi.
Buna baxmayaraq hökumətin bu addımı 44 iraqlı millət vəkilinin istefa etməsinə və ordunun ərazidən çıxarılmasını tələb etmələrinə səbəb oldu.

Ordunun çıxarılması İraq və Suriyada fəaliyyət göstərən İraq İslam Dövləti terror qrupunun əraziyə asanlıqla gəlməsinə şərait yaratdı.

İraq təhlükəsizlik qüvvələrinin Ənbər əyalətindəki rəsmisi deyib ki, şənbə günü hökumət qüvvələri Fəllucada mübarizəni terroristlərə uduzublar və beləliklə də Fəllucanın idarəçiliyi terroristlərin əlinə keçib.

Ancaq tezliklə Fəlluca və Ramadi şəhərlərinin əhalisi orduya müraciət edərək şəhərdə təhlükəsizliyi bərpa etməyə çağırıblar.
Source : Islamtimes
Comment