Fakteber.com-un verdiyi məlumata görə, Kubanın keçmiş lideri Fidel Kastro Amerika prezidenti Barak Obamanın həyatının təhlükə altında olduğunu bildirib. 83 yaşlı Kastro Venesuellanın "Telesur" telekanalına verdiyi müsahibədə, "Bəli, onu öldürə bilərlər, ancaq bunu indi edəcəklərini düşünmürəm"-deyə bildirib. Qeyd edək ki, Barak Obamanın özünü qorumasının lazım olduğunu ifadə edən Kastro, əks-halda onun öldürülə biləcəyini söyləyib.