0
Monday 6 January 2014 - 22:55

Gül Ərdoğana rəqibdirmi ?

Story Code : 338248
Gül Ərdoğana rəqibdirmi ?
Gül Ərdoğana rəqibdirmi ?
Fransanın tanınmış qəzetlərindən olan “Le Monde” prezident Abdullah Gül ilə baş nazir Rəcəb Tayyib Ərdoğanın rüşvət və korrupsiya əməliyyatlarında bir-birlərinə “daban dabana zidd” yanaşma sərgilədiklərini iddia etdi. Əvvəlki gün qəzetdə çıxan “Gül Ərdoğanın rəqibi statusunda” başlıqlı xəbər analizində “Biri səhnəni monopoliyaya çevirir, mitinqdən mitinqə qaçaraq onu hakimiyyətdən salmaq üçün planlaşdırılan hiylədən xalqı xəbərdar edir. Digəri isə səssizlikdən və Çankayadakı Prezident Köşkündən sakitləşdirici bir düşüncəni çatdırmaq və ya üzərində çox düşünülmüş bir sözü ifadə etmək üçün çıxır” ifadələri istifadə olundu.

Rejimin iki güclü şəxsinin 17 dekabr əməliyyatları qarşısında daban dabana zidd rəftarlar sərgilədiklərini ifadə edən “Le Monde” “Baş nazir birbaşa ətrafını hədəf alan günahlandırmalara qarşı hücuma keçərək cavab verərkən prezident sakit şəkildə uyğun zamanı gözləyir. Yüksəlişini seyr etdiyi cənab Ərdoğanın uzun müddət kölgəsində qalan (Gül) son aylarda ən ciddi rəqibi halına gəldi. AKP-nin iqtidara gəldiyi 2002-ci ildən bu yana görülməmiş olan bu siyasi böhrandan ən çox faydalanan da o ola bilər” iddiasını qeyd etdi.
Source : Islamtimes
Comment