QR CodeQR Code

Kimyəvi silahın ilk partiyası Suriyadan çıxarılıb

7 Jan 2014 22:05

IslamTimes - Suriyanın kimyəvi silah arsenalının məhv edilməsi prosesinə nəzarət edən kimyəvi silah üzrə ekspertlər silahın ilk partiyasının Suriyadan çıxarıldığını bildiriblər.


APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Kimyəvi Silahların Qadağan olunması Təşkilatının müfəttişləri göyərtəsində zəhərli kimyəvi maddələrlə dolu konteynerlərin olduğu Danimarkaya məxsus gəminin Latakiya limanından yola düşdüyünü bildiriblər.   
Məlumata görə, gəmini Rusiya və Çin hərbi gəmiləri müşayiət edib. 


Story Code: 338632

News Link :
https://www.islamtimes.org/az/news/338632/kimyəvi-silahın-ilk-partiyası-suriyadan-çıxarılıb

Islam Times
  https://www.islamtimes.org