QR CodeQR Code

Antiterror reklama qadağa

12 Aug 2010 06:02

IslamTimes – Britaniyada bir müddət tez-tez qulağa dəyən radio antiterror reklamlarına qadağa qoyuldu.


Reklam vətəndaşları evdən nadir hallarda çıxan, pərdələri daim bağlı saxlayan, kredit kartı ilə yox, nağd hesablaşan qonşulardan şübhələnməyə çağırırdı.
Reklam standartları təşkilatı (The Advertising Standards Authority) polis zabitləri assosiasiyasından (The Association of Chief Police Officers ) radiodan yayımlanan roliki dayandırmağı tələb edib.
Reklam işə düşən kimi sakinlərdən şikayətlər daxil olmağa başlayıb. Evdən nadir hallarda çıxan, pərdələri daim bağlı saxlayan, kredit kartı ilə yox, nağd hesablaşan britaniyalılar bu reklamın ictimai gərginliyi artırdığını bildiriblər. /HaqqYolu – AFP/


Story Code: 33880

News Link :
https://www.islamtimes.org/az/news/33880/antiterror-reklama-qadağa

Islam Times
  https://www.islamtimes.org