QR CodeQR Code

ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb

9 Jan 2014 02:28

IslamTimes - ABŞ-da qəzaya uğrayan hərbi helikopterin göyərtəsində olan 4 nəfər xilas edilib.


APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu gün ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində 5 nəfər olub, onlardan 4-ü axtarış-xilasetmə əməliyyatı aparılarkən xilas edilib.

Ekipajın beşinci üzvünün axtarışı davam edir.
 
***

21:40
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində 5 hərbçi olub.

Hərbi yük helikopteri Norfolk şəhəri yaxınlığında  qəzaya uğrayıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.


Story Code: 339120

News Link :
https://www.islamtimes.org/az/news/339120/abş-ın-virciniya-ştatında-hərbi-helikopter-qəzaya-uğrayıb

Islam Times
  https://www.islamtimes.org