QR CodeQR Code

Rusiyanın Səudiyyə Ərəbistanı və Qətərə hücumu

9 Jan 2014 07:05

IslamTimes - Rusiya Səudiyyə Ərəbistanı və Qətərə hücum planı hazırlayıb.


Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Kanal iddia edir ki, rəsmi Moskva Səudiyyə Ərəbistanı və Qətərə hərbi hücumla bağlı plan hazırlayıb. Bu haqda sözügedən telekanal Rusiya Hərbi Hava Qüvvələrinin yüksək çinli rəsmisinə istinadən məlumat yayıb. Hərbçi bildirib ki, Kreml rəhbərliyinin Riyad və Doha əleyhinə hərbi hücuma başlamasına səbəb ölkənin terrorla sarsıdılmasına yönəlik addımlardır: “Volqoqradda baş verən son terror hadisələrinin arxasındakı gücü müəyyənləşdirmək çətin deyil. Bundan əvvəl elə eyni vilayətdə baş verən terror hadisəsi də eyni dairə tərəfindən idarə olunub.”


Story Code: 339130

News Link :
https://www.islamtimes.org/az/news/339130/rusiyanın-səudiyyə-ərəbistanı-və-qətərə-hücumu

Islam Times
  https://www.islamtimes.org