0
Thursday 12 August 2010 - 14:28

“Lukoyl” İrana qayıdır

Story Code : 33937
“Lukoyl” İrana qayıdır
“Lukoyl” İrana qayıdır
Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, “Lukoyl” şirkəti Çinin “Zhuhai Zhenrong” şirkəti ilə birlikdə İslam Respublikasına neft məhsulları tədarükünü bərpa edib.
“Reuters”in məlumatına görə, ötən həftə “Lukoyl”-un “Litasko” bölməsi və “Zhenrong” birlikdə İrana 250 min barrel neft məhsulunu İranın Bəndər-Abbas limanına gətirib. Cari həftənin sonunadək “Litasko” bu limana məhsulların ikinci partiyasını gətirməyi də planlaşdırır.
“Lukoyl”-un təmsilçisi “Reuters”-ə bildirib ki, əvvəl imzalanmış müqavilədən qalan məhsulları gətiriblər. O, məsələyə dair ətraflı məlumat verməkdən yayınıb.
Xatırladaq ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının 4-cü, hələlik sonuncu qətnaməsinin lehinə səs veriblər. Bununla belə, onlar İslam Respublikasının neft-qaz sahəsinə qarşı sanksiyada nəzərdə tutulan tədbirləri dəstəkləməkdən imtina edirlər.
Bu il iyulun ortalarında Rusiyanın energetika naziri Sergey Şmako bildirmişdi ki, İranın şərtləri “ticarət baxımından maraqlı və cəlbedici” olduğundan ölkəsinin şirkətləri İslam Respublikasına neft məhsulları verməyə hazırdır.
Cari ilin aprelində isə “Lukyol” İranın “Anaran” neft yatağında fəaliyyətini dayandırdığını bəyan etmişdi. Onun bu addımı “beynəlxalq sanksiyalara tuş gəlməmək istəyi” kimi yozulmuşdu. Qeyd edək ki, “Lukoyl”un ABŞ-da 1500 yanacaq doLdurma məntəqəsi fəaliyyət göstərir. Şirkətin aksiyalarının 20,6 faizi “Lukyol”un prezidenti Vahid Ələkbərova, 9,25 faizi isə onun müavini Leonid Feduna məxsusdur. Aksiyaların 20 faizi isə ABŞ-ın “ConocoPhillips” firmasınındır. /Lent.az/
Comment