QR CodeQR Code

Səudiyyə rejimi Hizbullaha qarşı müharibəni intensivləşdirib

Islamtimes , 10 Jan 2014 00:21

Islamtimes -Səudiyyə Ərəbistanın məqsədi Suriyadakı Bəşər Əsəd hökuməti, İraqdakı Nuri əl Maliki hökuməti və Livandakı Hizbullah da daxil olmaqla İrana yaxın olan hökumət və hərəkatları devirmək və məhv etməkdir.


Bu yaxınlarda Britaniyaya məxsus “The İndependet” qəzeti irlandiyalı jurnalist Patrik Kokburn tərəfindən yazılan məqaləni dərc edib.

O məqalədə müsəlman ölkələri də daxil olmaqla bütün dünyada olan şiələrə qarşı sui qəsd, qətliam, həbs və edam vasitələri ilə müharibə başladıldığını bildirmişdir.

Bu müharibə Səudiyyə Ərəbistanı, xüsusilə də Səudiyyə kəşfiyyat rəhbəri Bəndər bin Sultanın idarəçilyi altında olan əl Qaidə terror qrupuna bağlı olan qruplar da daxil olmaqla terrorist vəhabi qruplar vasitəsilə həyata keçirilir.

Səudiyyə Ərəbistanın məqsədi Suriyadakı Bəşər Əsəd hökuməti, İraqdakı Nuri əl Maliki hökuməti və Livandakı Hizbullah da daxil olmaqla İrana yaxın olan hökumət və hərəkatları devirmək və məhv etməkdir.

Bu mənada Hizbullah Səudiyyə Ərəbistanın Yaxın Şərqdə hökmranlıq etməsi qarşısında əsas maneəyə çevrilib. Hizbullahın 2006-ci ildə İsrailin Livana qarşı hücumu qarşısında uğur qazanması Səudiyyə Ərəbistanın qorxuya düşməsinə səbəb olmuşdur. Hizbullahın Suriya müharibəsində iştirakı Səudiyyə və təkfirçilərin Əsəd hökumətini devirmək və Suriyada Səudiyyə idarəçiliyində olan Taliban stili hökumət qurmaq planlarını boşa çıxartdı.

Hizbullah döyüşçüləri Suriya ordusuna əl Quseyrdə strateji qələbə qazanmağa kömək etdi və Suriya və Livanı terrorist qruplardan qorumaqda mühüm rol oynadı.


Story Code: 339512

News Link :
https://www.islamtimes.org/az/news/339512/səudiyyə-rejimi-hizbullaha-qarşı-müharibəni-intensivləşdirib

Islam Times
  https://www.islamtimes.org