QR CodeQR Code

Baş Redaktor və Masallı dindarlarının apellyasiya məhkəməsi keçiriləcək

Xeber44 , 10 Jan 2014 01:22

İslamtimes - Masallı rayonunda şərlənərək həbs olunan dindarların apellyasiya məhkəməsidir


Masallı rayonunda həbs olunan 8 dindara Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmdən apellyasiya şikayətinə sabah yanvar ayının 9-da saat 16:00 da Şirvan Şəhər Apellyasiya Məhkəməsində baxılacaq.Verilmiş apellyasiya şikayətində məhkəmənin hökmü qərəzli hesab edilir, tutulanlara bəraət istənilir.

Qeyd edək ki,Masallı dindarları və Baş Redaktor Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda şərlənərək həbs olublar.Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşlarına xəsarət yetirmək ittihamı ilə tutulublar. Baş Redaktor Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.
Xatırladaq ki,ötən məhkəmə proses köməkçi hakimlərdən biri məhkəməyə gəlmədiyi üçün təxirə salınmışdı.


Story Code: 339528

News Link :
https://www.islamtimes.org/az/news/339528/baş-redaktor-və-masallı-dindarlarının-apellyasiya-məhkəməsi-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org