QR CodeQR Code

ABŞ hərbi təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

10 Jan 2014 13:07

IslamTimes - ABŞ hərbi təyyarəsi Əfqanıstanın şərqində cümə gününə keçən gecə qəzaya uğrayıb, üç nəfər həlak olub.


Trend ABC telekanalına istinadən bu barədə məlumat verir.
ABŞ müdafiə nazirliyinin nümayəndəsi telekanala bildirib ki, hadisə gecə kəşfiyyat uçuşu yerinə yetirən MC-12 Beechcraft turbovintli təyyarədə baş verib, RİA Novosti xəbər verir.
NATO-nun bəyanatında deyilir ki, qəzaya uğraması nəticəsində Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (ISAF) iki hərbi qulluqçusu və ISAF ilə müqavilə əsasında xidmət edən bir mülki şəxs həlak olublar.
Hazırda təyyarənin vurulması barədə məlumat yoxdur.


Story Code: 339583

News Link :
https://www.islamtimes.org/az/news/339583/abş-hərbi-təyyarəsi-əfqanıstanda-qəzaya-uğrayıb

Islam Times
  https://www.islamtimes.org