0
Thursday 12 August 2010 - 18:37

İsrail generalından həyasız açıqlama

Story Code : 33961
İsrail generalından həyasız açıqlama
İsrail generalından həyasız açıqlama
FaktXeber-in İsrailin "Yediot Aharonot" qəzetinə istinadən verdiyi məlumata görə, İsrailin "Mavi Mərmərə" basqınının araşdırılması üçün yaradılan İstintaq Komissiyasına ifadə verən Baş Qərargah rəisi Qabi Aşkenazi, bütün hərbi əməliyyatın məsuliyyətinin ona aid olduğunu söyləyib.
Qabi Aşkenazi 9 türk vətəndaşının qətlə yetiriledildiyi basqında iştirak edən əsgərləriylə qürur duyduğunu bildirib. "Komandolar, İsrail ordusu dəyərlərinə bağlı şəkildə soyuqqanlı və cəsur hərəkət etdilər" - deyən Aşkenazi, basqının nəticələrini əvvəldən təxmin etməyin çətin olduğunu söyləyib. Aşkenazi, əsgərlərin qanuni şəkildə atəş açdığını və özlərini müdafiə etmək məqsədiylə lazım bildikləri şəxslərə qarşı atəş açdıqlarını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl də İsrailin müdafiə naziri Ehud Barak, bu hücumun bütün məsuliyyətini boynuna götürmüşdü.
Comment