QR CodeQR Code

Cəmil Həsənli Rüstəm İbrahimbəyovla danışıb: “Baş verənləri müzakirə etdik”

Mediaforum , 10 Jan 2014 14:54

İslamtimes - Milli Şuranın sədri Cəmil Həsənli qurumun əvvəlki sədri Rüstəm İbrahimbəyovla telefonla danışıb.


“Azadlıq” qəzetinə açıqlama verən Cəmil Həsənli telefon söhbəti barədə bunları deyib: “Baş verənləri müzakirə etdik. Rüstəm bəyin və mənim fikrim budur ki, Milli Şura partiyaların birliyi prinsipi üzrə formalaşmayıb. Hətta partiya üzvləri belə Milli Şurada fərdi şəkildə təmsil olunur. Bu üzvlərdən Milli Şuranın tərk edənlər də ola bilər, sona qədər burada qalanlar da. Ona görə də bu məsələlərə normal yanaşmaq lazımdır.

Rüstəm İbrahimbəyov hər hansı siyasi partiyada təmsil olunmayan ziyalıların, ictimaiyyət adamlarının Milli Şuraya cəlb olunmasını vacib sayır. Milli Şuranın əsas məqsədlərindən biri də bu idi. Bu gün Milli Şuranın təxminən 23 üzvünün partiya mənsubiyyəti yoxdur. Biz hesab edirik ki, Milli Şura qalmalı, fəaliyyəti genişləndirilməlidir. Rüstəm İbrahimbəyov xüsusi vurğuladı ki, Azərbaycanda dəyişiklik istəyən, partiya mənsubiyyəti olmayan tanınmış adamları Milli Şurada sıx birləşdirmək lazımdır. Mən də bu fikirdəyəm”.


Story Code: 339651

News Link :
https://www.islamtimes.org/az/news/339651/cəmil-həsənli-rüstəm-ibrahimbəyovla-danışıb-baş-verənləri-müzakirə-etdik

Islam Times
  https://www.islamtimes.org